İranın böyük sənaye mərkəzində tətil keçirilir

DÜNYA bölməsi

13:55 - 4 Dekabr 2023

 İranın böyük sənaye mərkəzində tətil keçirilir

İranın ən böyük sənaye mərkəzlərindən sayılan İsfahanın Metaləritmə zavodunda üç gündür tətil və etiraz aksiyası keçirilir.

Yenipress.az xəbər verir ki, bu barədə İranın Azad İşçilər Birliyi məlumat yayıb.

Bildirilib ki, zavodun minlərlə işçisi əmək haqlarının az olması, maaşlarının vaxtında ödənilməməsi və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz edərək işi dayandırıblar.

Tətil aksiyasının dayandırılması üçün zavod rəhbərliyi və təhlükəsizlik qurumlarının işçilərin telefonlarına təhdid mesajları göndərdiyi bildirilir.

Xəbər xətti