İsrailin Qəzzaya hücumu bunu çətinləşdirir - Qətər

DÜNYA bölməsi

12:03 - 4 Dekabr 2023

 İsrailin Qəzzaya hücumu bunu çətinləşdirir - Qətər

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Yenipress.az xəbər verir ki, danışıq zamanı tərəflər arasında Qəzza zolağındakı hadisələr müzakirə olunub.

Sani bildirib ki, Qətər tərəflər arasında vasitəçilik etməyə hazırdır. O, həmçinin vurğulayıb ki, İsrailin Qəzzaya hücumu vasitəçilik səylərini çətinləşdirir.

Bundan əlavə qeyd olunub ki, münaqişə bölgəsinə qida ehtiyaclarının çatdırılması üçün humanitar dəhliz açılmalıdır.

Xəbər xətti