Müalicə üçün Təbrizə gedən ailə ölkəyə qayıda bilmir... - Yeni rəsmi açıqlama

TOPLUM bölməsi

11:52 - 4 Dekabr 2023

 Müalicə üçün Təbrizə gedən ailə ölkəyə qayıda bilmir... - Yeni rəsmi açıqlama

Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Elgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır.

Yenipress.az xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.

Qeyd edək ki, bir sıra Teleqram kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Elgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Elgölü parkına gediblər. Ailənin yanına gedən təbrizlilərin sözlərinə görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-si səhər saatlarında Elgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu ailəni iki gün əvvəl Elgölü parkından konsulluğa aparıb.

Xəbər xətti