"Qanuni Oğrular" təşkilatının rəhbəri İstanbulda saxlanıldı

KRİMİNAL bölməsi

14:11 - 3 Dekabr 2023

İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, dələduzluqda itiham olunan Ş. Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyer bölgəsində yaxalanıb.

“Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizəni getdikcə daha da artıracağıq”.

Qeyd edək ki, Ş. Əmirov Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçisidir.

Xəbər xətti