Salyanda hərbçilər dəm qazından öldü

TOPLUM bölməsi

17:00 - 3 Dekabr 2023

 Salyanda hərbçilər dəm qazından öldü

13:39

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

Yenipress.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.

Onlar hadisə baş verən evdə kirayədə yaşayıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

***

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş.

Belə ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edirmiş.

Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.

Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.

Xəbər xətti