Rusiya gecə 12 PUA ilə hücuma keçdi

DÜNYA bölməsi

12:08 - 3 Dekabr 2023

 Rusiya gecə 12 PUA ilə hücuma keçdi

Dekabrın 3-nə keçən gecə Rusiya qoşunları pilotsuz təyyarələrlə növbəti dəfə Ukraynaya hücum edib.

Yenipress.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, Primorsko-Axtarsk bölgəsindən ümumilikdə 12 PUA və Belqorod vilayətinin hava məkanından X-59 idarə olunan raket buraxılıb.

Zərbə PUA-ları işğal altında Xerson vilayəti vasitəsilə Nikolayev vilayətinə daxil olublar. PUA-ların əksəri Nikolayevdə, qalanı isə Xmelnitski vilayətinin Starokonstantinov bölgəsində vurulub.

“10 ədəd “Şahid-136/131” hücum PUA-sı vurulub, X-59 raketi isə hədəfə çatmayıb”, - məlumatda qeyd edilib.

Xəbər xətti