Binaların altındakı qarajların satılması qanunidirmi?

TOPLUM bölməsi

16:28 - 1 Dekabr 2023

 Binaların altındakı qarajların satılması qanunidirmi?

Bakıda yaşayış komplekslərində parklanma yerlərinin az olması və məhdud yerlərin ödənişlə satılması böyük problemlərdən biridir.

Bu sözləri Yenipress.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Elman Vəliyev deyib.

O qeyd edib ki, son zamanlar yeni tikilən yaşayış komplekslərində bu kimi hallara çox rast gəlinir:

“Parklanma yerlərinin sayı mənzil sayı ilə eyni olur. Əslində isə binaların altında olan parklanma yerləri mənzil sayından çox olmalıdır, çünki mənzili alan ailədə bir neçə avtomobil ola bilər. Bu halda bir ailəyə avtomobil sayına görə qaraj satılır. Bu gün yaşayış binalarının əksəriyyəti yol kənarında tikilir. Bu zaman isə park yerləri nəzərə alınmır. Ona görə də sürücülər avtomobillərini harada və necə gəldi saxlamaqla tıxacların yaranmasına səbəb olurlar. Bundan istifadə edən MTK sahibləri qiyməti istədikləri kimi təyin edirlər. Parklanma yerlərinin 1 kv.m-nin qiyməti mənzilin 1 kv.m-nin qiymətindən çox olmamalıdır”.

Ekspert bildirib ki, tikinti şirkətlərinin binaların altındakı parklanma yerlərini satması və ya icarəyə verməsi qanunla yanlış deyil:

“Bina tikintisi zamanı bütün xərcləri bina sahibi çəkir, sonra isə fərdi şəkildə onu satır. Şirkətin parklanma yerlərini satmaq, icarəyə vermək hüququ vardır. Lakin qarajların qiyməti elə tənzimlənməlidir ki, sakinlər avtomobilini başqa yerdə saxlamağa məcbur olmasın”.

Mehnur Məmmədli

Xəbər xətti