İsrail bütün dünyada HƏMAS liderlərini məhv etməyi planlaşdırır

DÜNYA bölməsi

13:13 - 1 Dekabr 2023

 İsrail bütün dünyada HƏMAS liderlərini məhv etməyi planlaşdırır

İsrailin kəşfiyyat xidmətləri Qəzzada müharibə başa çatdıqdan sonra Fələstinin HƏMAS hərəkatının dünya üzrə liderlərini məhv etməyə hazırlaşır.

Yenipress.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Bu, oktyabrın 7-də törədilən qırğına görə məsuliyyət daşıyan yaraqlıları tapmaq üçün çoxillik kampaniyaya zəmin yaradır. Xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır. İndi İsrail Qəzzada hərəkatın liderlərini ələ keçirib məhv etməyə çalışır”, - məlumatda qeyd edilib.

Xəbər xətti