Tanınmış aparıcının maşınından oğurluq edildi

MAQAZİN bölməsi

11:05 - 1 Dekabr 2023

 Tanınmış aparıcının maşınından oğurluq edildi

Aparıcı Samir Bayramlının avtomobilindən oğurluq edilib.

Yenipress.az xəbər verir ki, bu barədə o, İnstaqramda paylaşım edib.

Bildirib ki, bununla ikinci dəfədir maşını qarət olunur:

“Ehtiyat hissələri çox çətin tapılan avtomobilimdən artıq ikinci dəfədir ki, aksesuar oğurlanır. Mən isə bunu ya həmin günün axşamı, ya da bir gün sonra kimsə göstərəndə görürəm. Bunu kim və hansı məqsədlə, hansı niyyətlə götürürsə, mən bilmirəm. Avtomobilinizi park edərkən ehtiyatlı olun”.

Xəbər xətti