Lavrov və Mirzoyan görüşünün detalları açıqlandı

DÜNYA bölməsi

17:47 - 30 Noyabr 2023

 Lavrov və Mirzoyan görüşünün detalları açıqlandı

Xəbər verdiyimiz kimi, Makedoniyada keçirilən ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri toplantısı çərçivəsində Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş baş tutub.

Yenipress.az xəbər verir ki, Rusiya XİN görüşün təfərrüatlarını açıqlayıb.

Nazirlər gündəlikdəki cari məsələləri, o cümlədən beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti müzakirə edib. Eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Lavrov ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar toplusuna əsaslanaraq tərəflər arasında sülh müqaviləsinin bağlanmasına, münasibətlərin normallaşmasına kömək etməyə hazır olduğunu növbəti dəfə vurğulayıb. Qarşıdakı dövrdə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xəbər xətti