Mask paylaşımına görə üzr istədi

DÜNYA bölməsi

17:09 - 30 Noyabr 2023

 Mask paylaşımına görə üzr istədi

“Tesla” və “SpeysX” şirkətlərinin rəhbəri, milyarder İlon Mask "antisemit" kimi qəbul edilən paylaşımına görə üzr istəyib.

Yenipress.az xəbər verir ki, bu sözləri Mask “DealBook” sammitində çıxışı zamanı deyib.

Milyarder bu hərəkəti indiyə qədər etdiyi ən axmaq hərəkətlərdən biri adlandırıb.

Həmçinin, Mask paylaşıma görə X platformasında reklam verməyi dayandıran sahibkarlara əhəmiyyət vermədiyini qeyd edib.

Xatırladaq ki, Maskın paylaşımı “antisemit” məzmunlu olduğu iddia edilir. Belə ki, o, sosial şəbəkə istifadəçisinin "Yəhudi icmaları ağdərililərdən özlərinə qarşı durmağı tələb etdikləri dialektik nifrəti təbliğ edirlər" yazısı ilə razı olduğunu bildirib.

Xəbər xətti