Güneyli sürücü: Behrəngini belə aldadıb, çayda boğdular - Video

TOPLUM bölməsi

16:43 - 30 Noyabr 2023

 Güneyli sürücü: Behrəngini belə aldadıb, çayda boğdular - Video

Sosial şəbəkələrdə yaşlı sürücünün güneyli şair və ziyalı Səməd Behrənginin öldürülməsi ilə bağlı fikirlərini əks etdirən video sürətlə yayılıb.

Yenipress.az xəbər verir ki, görüntülərdə yaşlı kişi şairin Araz çayında qəsdən batırılmasından danışıb.

O,  hadisə olan gün Təvəkkül adlı çayxana işçisinin dediklərinə və özünün şahidi olduqlarına əsaslanaraq, fars rejimi tərəfindən şairin qəsdən öldürülməsi ilə bağlı şübhələri bir daha təsdiqləyib.

O bildirib ki, dezinfeksiya işləri aparan fəhlələr Araz çayında yuyunmaq bəhanəsi ilə Səməd Behrəngini aldadaraq çayda boğublar. Sürücü şairin nəşinin İmamiyyə məzarlığına gətirildiyini və orada dəfn ediliədiyini bildirib.

Məlumata görə, yaşlı kişinin Behrənginin qəsdən öldürülməsi ilə bağlı danışdıqları hökumət məmurlarının xoşuna gəlmədiyi üçün ona susması ilə bağlı hədə-qorxu gəliblər.

Xəbər xətti