Fransızların təxminən 70%-i Makronu bəyənmir

DÜNYA bölməsi

16:39 - 30 Noyabr 2023

 Fransızların təxminən 70%-i Makronu bəyənmir

Fransızların 67%-i  Fransa Prezidenti Makronun davranışlarını bəyənmir.

Yenipress.az xəbər verir ki, bu barədə “Verian-EPOKA” agentliyinin apardığı sorğunun nəticələrində deyilir.

“Yenidən prezident seçildikdən 18 ay sonra Makron hələ də fransızların etimadını qazana bilməyib. 67% vətəndaş onları narahat edən problemlərin Makron tərəfindən həll ediləcəyinə inanmır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Makronun düşərgəsinin güvəndiyi əsas siyasi qüvvə – respublikaçılar da prezidentin hərəkətlərini qətiyyən dəstəkləmir:

“Onların da 66%-i Makrona güvənmədiyini bildirib”.

Nəşrin infoqrafikasından belə çıxır ki, 2017-ci ilin iyununda ilk prezidentlik müddətinin əvvəlində əhalinin 50%-nin dəstəyini qazanan Makron 2023-cü ilin dekabrında müsbət rəylərin cəmi 28%-ni alıb.

Xəbər xətti