ABŞ İranla əlaqəli 20 quruma sanksiya tətbiq etdi

DÜNYA bölməsi

16:24 - 30 Noyabr 2023

 ABŞ İranla əlaqəli 20 quruma sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 20 fiziki şəxs və quruma hərbi işlərlə bağlı maliyyə şəbəkələrində iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Bu barədə Yenipress.az İranın “Tasnim” xəbər agentliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, Xarici Aktivlərə Nəzarət Departamenti 20-dən çox fiziki və hüquqi şəxsə - İranın Müdafiə və Silahlı Qüvvələrin Təchizat Nazirliyi, İran İslam İnqilabı Keşikçiləri Korpusu, Silahlı Qüvvələrin Baş Qərargahı və Silahlı Qüvvələrin maliyyə yardımı şəbəkələrində iştirakına görə sanksiya tətbiq edib.

ABŞ Dövlət Departamentindən isə bildirilib ki, İran mallarının xaricdə olan şirkətlər şəbəkələr vasitəsilə satışı Tehranın HƏMAS və Hizbullah kimi qrupları dəstəkləməyə davam etməsinə kömək edən gəliri təmin edir.

Gülnar Quluzdə

Xəbər xətti