Amerika Qələm Assosiasiyası Məhəmmədi ilə bağlı çağırış etdi

DÜNYA bölməsi

15:16 - 30 Noyabr 2023

 Amerika Qələm Assosiasiyası Məhəmmədi ilə bağlı çağırış etdi

Amerika Qələm Assosiasiyası həbsdə olan hüquq müdafiəçisi, siyasi məhbus və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi ilə bağlı İran hökumətinə müraciət edib.

Yenipress.az xəbər verir ki, bu barədə assosiasiyanın media hesabında bildirilib.

Müraciətdə İran hökumətindən Nərgiz Məhəmmədinin 10 dekabrda ona Nobel mükafatının veriləcəyi tarixə qədər sərbəst buraxması tələb edilib.

“Nərgiz Məhəmmədinin adı İranda insan haqları uğrunda mübarizənin sinonimidir, - müraciətdə qeyd edilib.

Amerika Qələm Assosiasiyası vurğulayıb ki, Nərgiz Məhəmmədinin insan hüquqlarının pozulması ilə yanaşı, onun həbsdə qalması bu gün İranda və dünyada siyasi opponentlərin, insan haqları müdafiəçilərinin vəhşicəsinə təqib edilməsini göstərir.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Xəbər xətti