AB Ermənistana 11 milyon avro ayırır

DÜNYA bölməsi

15:24 - 30 Noyabr 2023

 AB Ermənistana 11 milyon avro ayırır

AB Ermənistana ədliyyə sahəsində islahatlar üçün 11 milyon avro ayıracaq.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistan və AK arasında saziş AB-nin 9 milyon avro məbləğində maliyyə dəstəyini nəzərdə tutur. Əlavə yardım olaraq isə daha 2 milyon avro ayrılacaq.

Müqavilənin əsas məqsədi Ermənistanda ədliyyə sahəsini və korrupsiyaya qarşı mübarizəni təşviq etmək və onu beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Söhbət xüsusilə cinayət mühakiməsi sistemindən, o cümlədən gender məsələlərindən gedir. Ayrılan vəsait müstəqil arbitraj mərkəzinin yaradılmasına da sərf olunacaq.

Xəbər xətti