Maqnit qasırğası: Həkimdən ciddi xəbərdarlıq

SAĞLIQ bölməsi

14:24 - 30 Noyabr 2023

 Maqnit qasırğası: Həkimdən ciddi xəbərdarlıq

Maqnit qasırğasının zərərlərindən qorunmaq  üçün sakit vəziyyətdə, ev şəraitində olmaq daha yaxşıdır. Ürək və təziq xəstələrinin uzanıqlı və istirahət halında  olmaları məqsədə uyğundur.

Bu sözləri Yenipress.az-a açıqlamasında tibb elimləri namizədi, fizioloq Rəşid Mahmudov Şamaxı Astrofizika Rəsədxanasının güclü maqnit qasırğası ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

“İnsan özü elektromaqnit dalğaları yarada bilir. Belə ki, hüceyrə sakit halda özündən 60-90 millivolt cərəyan verir. Xarici mühitdə güclü elektromaqnit dalğaları yarandıqda insanın öz yaratdığı maqnit sahəsini dağıdır, bu da bədəndə narahatlıq yaradır. Bütün bu cərəyanlar pozulduda insanda diskomfort  hissi, ümumi halsızlıq yaradır. Əhval-ruhiyyəni aşağı salır. Sözügedən dalğalar ürək və beyin fəaliyyətinə təsir etdiyi üçün ürək xəstələri və təziq problemləri olanlar xüsusi diqqət etməlidir”, - Mahmudov bildirib.

Fizioloqun sözlərinə görə, yeni doğulan  uşaqlar yaxud hamilələr üçün ciddi təhlükəsi olmasa da onların da ev şəraitində olmaları tövsiyə olunur.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata əsasən 30 noyabr-03 dekabr tarixlərində yüksək səviyyəli radiasiya qasırğası gözlənilir.

Gülnar Quluzadə

Xəbər xətti