“Trendyol”dan ölkəmizə birbaşa çatdırılma ləğv edilir? - Açıqlama

TOPLUM bölməsi

13:42 - 30 Noyabr 2023

 “Trendyol”dan ölkəmizə birbaşa çatdırılma ləğv edilir? - Açıqlama

Yanvar ayının 1-dən etibarən Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması olan “Trendyol”dan Azərbaycana birbaşa çatdırılma ləğv edilir.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Trendyol”un Azərbaycana birbaşa çatdırılmasını ləğv etməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur:

“Bunun olması doğru da deyil. Hazırda bütün dünya onlayn ticarətə keçir. Azərbaycan bu sahəni niyə bağlasın? Bu vətəndaşların hüquqlarının pozulmasıdır. Vətəndaşlara sərf edən, “Trendyol” və digər onlayn alış-veriş platformalarının fəaliyyət göstərməsidir. Hökumət vətəndaşların məmnuniyyəti üçün mövcuddur və atılan bütün addımlar vətəndaşların xeyri üçün olmalıdır. Rəsmi açıqlama olmadığı halda belə bir məlumatın sosial şəbəkələrdə yayılması da doğru deyil. Birbaşa sifarişlərin dayandırılması dünyada gedən proseslərə də ziddir. Onlayn alış-veriş dünya ticarətinin bir parçasıdır. Dünyada elə ölkələr var ki, ticarətlərinin yarıdan çoxu onlayn sifariş üzərindən həyata keçirir. Düşünmürəm belə bir addım atılsın, əgər atılsa, bu, çox səhv və vətəndaşlara qarşı zidd addım olacaq”.

Xəbər xətti