Yüzminlərlə əfqanıstanlı qaçqın İrandan çıxarıldı

DÜNYA bölməsi

13:33 - 30 Noyabr 2023

 Yüzminlərlə əfqanıstanlı qaçqın İrandan çıxarıldı

Cari ilin aprel ayının əvvəlindən sentyabr ayının sonuna kimi 6 ay müddətində İranda qaçqın həyatı yaşayan 400 min əfqanıstanlı qaçqın ölkədən çıxarılaraq Əfqanıstana geri qaytarılıb.

Yenipress.az xəbər verir kİ, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi açıqlamasında bildirib.

O, bu prosesin davam edəcəyini və daha çox qaçqının Əfqanıstana geri göndəriləcəyini deyib.

Əfqanıstanlı qaçqınlara qarşı artan təzyiqlərə görə 540 iranlı sənətçi, vəkil, həkim, jurnalist, mədəni və ictimai fəal açıq məktub yazıblar. Onlar Tehran hakimiyyətinin qaçqınlara qarşı qəddar hərəkətlərini pisləyib, bunun dayandırılmasını tələb ediblər.

Xəbər xətti