Putin Kissincerin həyat yoldaşına başsağlığı verdi

DÜNYA bölməsi

13:26 - 30 Noyabr 2023

 Putin Kissincerin həyat yoldaşına başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Henri Kissincerin vəfatı ilə bağlı həyat yoldaşına teleqram ünvanlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Kremlin Teleqram kanalı məlumat yayıb.

“Hörmətli xanım Kissincer, həyat yoldaşınız Henri Kissincerin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Uzun onilliklər ərzində bütün dünyada layiqli nüfuza malik olan görkəmli bir diplomat, müdrik və uzaqgörən dövlət xadimi vəfat etdi”, - teleqramda deyilir.

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında Konnektikutdakı evində vəfat edib. O, 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb.

Xəbər xətti