Bakıda bu məşhur “zapravka” fantastik məbləğə satışa çıxarıldı

TOPLUM bölməsi

13:00 - 30 Noyabr 2023

 Bakıda bu məşhur “zapravka” fantastik məbləğə satışa çıxarıldı

Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.

Yenipress.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sözügedən YDM paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir.

Zabrat dairəsində yerləşən bu məntəqə 3,5 milyon manata təklif olunur.

Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub.

Obyektin sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda – 20 yanvar metrosundan 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən H-Petrol YDM də satışa çıxarılıb.

Xəbər xətti