Araik Azərbaycan vətəndaşlığı istədi – Şok ifadə

DÜNYA bölməsi

10:15 - 30 Noyabr 2023

 Araik Azərbaycan vətəndaşlığı istədi – Şok ifadə

Qarabağda özünü buraxmış keçmiş separatçı-terrorçu xuntanın keçmiş başçılarından olan Araik Arutyunyanın Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsinin daha bir hissəsi yayılıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Bez Tormozov” məlumat paylaşıb.

İddia edilib ki, Araik özünü “həssas” aparır, hətta cəzasını çəkdikdən sonra Azərbaycan vətəndaşı kimi həyatını davam etdirmək niyyətində olduğunu bildirib.

Qeyd edilib ki, o, hazırda İrəvanda olan üç qızı və həyat yoldaşını da Bakıya gətirmək arzusunu ifadə edib.

Xəbər xətti