Azərbaycanda 4,6 bal gücündə zəlzələ oldu

TOPLUM bölməsi

20:14 - 29 Noyabr 2023

 Azərbaycanda 4,6 bal gücündə zəlzələ oldu

Azərbaycanın qərb rayonlarında zəlzələ baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ saat 19:49:11-də Mingəçevir ərazisində qeydə alınıb. Episentrdə zəlzələnin dərinliyi 15 km, maqnitudası 4,6 bal olub.

Zəlzələ Mingəçevir, Gəncə, Yevlax, Goranboy ərazilərində 3-4 bala qədər hiss olunub.

Xəbər xətti