İranlı qaçqınlar Belarus ilə Litva sərhədində qaldı

DÜNYA bölməsi

17:22 - 29 Noyabr 2023

 İranlı qaçqınlar Belarus ilə Litva sərhədində qaldı

Aralarında çox sayda qadın və uşağın olduğu bir qrup iranlı qaçqın Belarus ilə Litva və Polşa sərhədində qalıb.

Yenipress.az xəbər verir ki, bu barədə onlar video-müraciət paylaşıblar.

Müraciətdə qaçqınlar 10 gündür qarlı, soyuq hava şəraitində, ərzaq ehtiyatı olmadan meşədə ilişib qaldıqlarını deyir, insan haqları təşkilatlarından yardım istəyirlər.

Onlar, həmçinin Litva və Polşa sərhədçilərinin onları ölkəyə buraxmadıqlarını, Belarus sərhədçilərinin isə geri qayıtmalarına imkan vermədiyini bildirirlər.

Xəbər xətti