Tur-paket qurbanı olanların diqqətinə - Ekspert

TOPLUM bölməsi

16:18 - 29 Noyabr 2023

 Tur-paket qurbanı olanların diqqətinə - Ekspert

Son zamanlar sosial şəbəkələrdə turizm sektorunda fəaliyyət göstərən dələduzlarla bağlı şikayətlər artıb.

Yenipress.az xəbər verir ki, şikayətlər vətəndaşlara tur-paketlər satan şirkətlərin vəd olunan xidmətləri təmin etməməsi ilə bağlıdır.

Şikayətlərdə qeyd olunur ki, tur-paketə daxil olan aviabilet alınmır, otel bron olunmur və ya onlara vəd edilən səviyyədə olmur, qarşılanma ilə təmin edilmirlər. Üstəlik, şirkətlə vətəndaş arasında müqavilə bağlansa da, bəzi vətəndaşlar müqaviləni oxumadan imzalayırlar. Bu səbəbdən səyahət zamanı müxtəlif problemlərlə rastlaşırlar.

Məsələ ilə bağlı danışan turizm eksperti Əziz Şiriyevin sözlərinə görə, qanunla fəaliyyət göstərən, nəticələri müsbət olan şirkətlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına yoxlanılaraq üzv olurlar:

“Assosiyasiyaya üzv olan şirkətlərdə bu problem baş vermir. İlk növbədə insanlar dərindən araşdırmalıdırlar. Sosial şəbəkələrdə olan reklamlarla tur-paket almaq olmaz. Araşdırmalıdırlar ki, onların ofisləri, işçiləri varmı, qeydiyyatdan keçiblərmi. Onlayn bilet alanlar çox diqqətli olmalıdır”.

Mehnur Məmmədli

Xəbər xətti