Milli məhbuslar girov qarşılığında sərbəst buraxıldı

DÜNYA bölməsi

15:41 - 29 Noyabr 2023

 Milli məhbuslar girov qarşılığında sərbəst buraxıldı

Noyabrın 28-i Təbriz həbsxanasında saxlanılan 3 milli-mədəni məhbus girov qarşılığında sərbəst buraxılıblar.

Yenipress.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Sərbəst buraxılan Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri və Hamid Yeganəpuru həbsxananın qarşısında mədəni fəallar qarşılayıblar.

Xatırladaq ki, adıçəkilən fəalların hər üçünü qanuna zidd olmayan dinc mədəni fəaliyyətlərinə görə həbs edilmişdilər.

Xəbər xətti