Gürcüstanda azərbaycanlı kişi öldürüldü, arvadı yaralandı

KRİMİNAL bölməsi

11:23 - 29 Noyabr 2023

 Gürcüstanda azərbaycanlı kişi öldürüldü, arvadı yaralandı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər.

Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb.

Qatilin hadisə yerindən qaçdığı bildirilir.

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaq başlanılıb.

Xəbər xətti