Azərbaycanla Ermənistan arasında yeni savaş… - Gevondyan

DÜNYA bölməsi

10:55 - 29 Noyabr 2023

 Azərbaycanla Ermənistan arasında yeni savaş… - Gevondyan

ABŞ Rusiyanın mövcudluğunun qarşısını almaq və Ermənistanın cənubundan keçən istənilən kommunikasiyaya nəzarət etmək üçün hər şeyi edəcək.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

Gevondyanın fikrincə, ABŞ Ermənistanla Azərbaycan arasında yeni hərbi əməliyyatların baş verəcəyi təqdirdə Rusiyanın müdaxilə edə biləcəyindən ehtiyat edir:

“Bu zaman 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndinin həyata keçirilməsi yalnız zaman məsələsi olacaq. ABŞ-ın uzunmüddətli strategiyası Ermənistanın və xüsusən də onun cənub rayonlarının tam de-rusizasiyasından ibarətdir. Bu, təkcə Ermənistana yox, Cənubi Qafqazın digər iki ölkəsinə də aiddir”.

Politoloqun fikrincə, Vaşinqtonun bu addımlarının o qədər də uğursuz olmadığı göz qabağındadır:

“Buna xüsusilə Moskvanın passivliyi və Ukrayna ilə məşğul olması kömək edir. Beləliklə, bəzi Qərb siyasətçiləri Rusiyanın Ermənistandakı mövqeyini müəyyən dərəcədə sarsıda bildiklərini düşünürlər.

Hazırda Vaşinqtonun Bakını tənqid etməsinə sonuncunun bir-birini tamamlayan siyasəti və Moskva ilə fəal təmasları səbəb olur. Amma bu əlaqələr Bakının maraqlarına uyğunlaşdıqca davam edəcək. Vaşinqtonun Bakını ictimai tənqidi həm də Ermənistanda antirusiya əhval-ruhiyyəsi yaratmaq məqsədi daşıyır. ABŞ özü haqda Ermənistanın maraqlarının bir növ müdafiəçisi obrazını yaradır. Azərbaycan da öz növbəsində bundan Ermənistanı strateji müttəfiqi Rusiyanın gözündə nüfuzdan salmaq üçün istifadə edir”.

Xəbər xətti