Rus model və 15 yaşlı qızı Türkiyədə güllələnərək öldürüldü

MAQAZİN bölməsi

10:44 - 29 Noyabr 2023

 Rus model və 15 yaşlı qızı Türkiyədə güllələnərək öldürüldü

Türkiyənin Bodrum şəhərində iki rus qadının meyiti yol kənarında tapılıb.

Yenipress.az xəbər verir ki, öldürülənlər 42 yaşlı rus model İrina Dvizova və onun 15 yaşlı qızı Dayanadır.

İrina və Dayana üç gün əvvəl yoxa çıxıblar. Yaxınları onlarla əlaqə saxlaya bilməyib və polisə məlumat veriblər. Bundan sonra yaxınları modelin yaşadığı villaya gedib. Evə daxil olaraq divanda qan görən polis dərhal araşdırmalara başlayıb.

Onlar kurortda güllələnmiş və kəndirlə bağlı vəziyyətdə tapılıblar.

Xəbər xətti