Bakıda doğulan erməni deputat danışdı: Orada yaşamaq istəyirəm

GÜNDƏM bölməsi

10:14 - 29 Noyabr 2023

 Bakıda doğulan erməni deputat danışdı: Orada yaşamaq istəyirəm

Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan Azərbaycanda yaşamaq istəyir.

Yenipress.az Publika.az-a istinadən xəbər verir ki, Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə Bakıya köçəcəyini bildirib.

“Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”, - V.Qabrielyan qeyd edib.

Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.

“Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlət var”, - o bildirib.

Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycan qaçqınların geri qayıtmasını təmin etməlidir.

Qeyd edək ki, erməni deputat bundan öncə bozqurd işarəsi ilə gündəmə gəlmişdi.

Xəbər xətti