İrəvanın bu bəyanatı erməniləri də şoka saldı - Dekabrda nə baş verəcək?

GÜNDƏM bölməsi

10:09 - 29 Noyabr 2023

 İrəvanın bu bəyanatı erməniləri də şoka saldı - Dekabrda nə baş verəcək?

Simonyanın açıqlamaları Ermənistanda da şok effekti yaradıb.

Bəs hazırkı şəraitdə yekun sülh müqaviləsinin imzalanması real görünürmü?

Yenipress.az xəbər verir ki,  Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Globalinfo.az-a bildirib ki, Azərbaycan sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib:

“İlin sonunadək yekun sülh müqaviləsinin imzalanması ilə bağlı təklif də irəli sürülüb. Bu günə qədər həmin prosesin həyata keçirilməməsinin əsas səbəbi isə Ermənistandır. Rəsmi İrəvan Bakının təklif etdiyi şərtlərlə bağlı yersiz, qeyri-obyektiv manipulyasiyalar edərək prosesi ləngidib.

Simonyan bu açıqlaması ilə məsələnin sanki yalnız Azərbaycandan asılı olduğunu göstərməyə çalışır. Lakin fakt budur ki, rəsmi Bakı daim həmin istiqamətdə müsbət açıqlamalar səsləndirməkdədir. Əgər Ermənistan sülh müqaviləsini imzalamağa siyasi iradə və cəsarət taparsa, 15 gündən sonra proses baş tuta bilər”.

Siyasi şərhçi Azərbaycanın regionda sülhün əldə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb:

“Bu istəklərə adekvat addımlar atılır. Ermənistan rəhbərliyi, rəsmilərinin bir-birini təkzib edən fikirlər səsləndirməsi də məlumdur. Bu qeyri-müəyyənlik, Qərb havadarlarının tapşırıqlarını icra etmək üçün dəridən -qabıqdan çıxmaq niyyəti sülhün əldə edilməsinin qarşısını alır”.

Xəbər xətti