ABŞ Rusiyada iğtişaşların təşkilinə diqqət yetirir - Ryabkov

DÜNYA bölməsi

17:45 - 28 Noyabr 2023

 ABŞ Rusiyada iğtişaşların təşkilinə diqqət yetirir - Ryabkov

ABŞ Rusiyada hakimiyyətin dəyişdirilməsinə və ölkə daxilində iğtişaşların təşkilinə daha çox diqqət yetirdiyini nümayiş etdirir.

Yenipress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün son ukraynalıya qədər aparılan hibrid müharibəyə başlayıb:

“ABŞ-ın Moskvaya münasibətdə təfəkkürünü dəyişməsi üçün Rusiyanın Ukraynadakı hərbi əməliyyatının uğurla başa çatması ilkin şərt olacaq”.

Xəbər xətti