NATO Rusiyanı cilovlamaq üçün yaradılıb – Peskov

DÜNYA bölməsi

17:37 - 28 Noyabr 2023

 NATO Rusiyanı cilovlamaq üçün yaradılıb – Peskov

NATO Rusiyanı düşmən hesab edir və onu cilovlamaq üçün yaradılıb.

Yenipress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“NATO Rusiyanı düşmən hesab edir və qarşıdurma aləti kimi yaradılmış alyansdır. Ona görə də orada hansı bəyanatlar verilsə də, bu alyansın əsas məqsədi məhz bundan ibarətdir. Təbii ki, alyans vəziyyəti təhlil edir və real vəziyyəti görür. Hələlik alyans Ukrayna xalqını Rusiyaya qarşı mübarizədə qurban kimi qırmaq planlarından əl çəkmir”, - Peskov bildirib.

Xəbər xətti