Urmiya gölü ətrafında duz fırtınası başladı

DÜNYA bölməsi

16:35 - 28 Noyabr 2023

 Urmiya gölü ətrafında duz fırtınası başladı

Qurudulan Urmiya gölündə duz fırtınası başlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə yerli sakinlər video və fotolar paylaşıblar.

Duz fırtınası Şərqi və Qərbi Azərbaycan əyalətlərinin gölə yaxın bölgələrində problemlər yaradıb.

Fırtınaya görə görüş məsafəsi kəskin azalıb, şəhərlərarası yollarda belə nəqliyyat vasitələri saatda 20-30 kilometr sürətlə hərəkət edirlər.

Qeyd edək ki, son məlumata görə, Urmiya gölünün 96 faizi quruyub.

Xəbər xətti