ABŞ Türkiyəni təhdid edir

DÜNYA bölməsi

16:30 - 28 Noyabr 2023

 ABŞ Türkiyəni təhdid edir

Türkiyənin işgüzar dairələri Rusiya ilə ticarətə görə ABŞ-dan təhdidlər alır.

Yenipress.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti Xarici İqtisadi Əlaqələr Şurasındakı (DEİK) yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Ankaradakı diplomatik mənbə isə “RİA Novosti”yə bildirib ki, Türkiyə tərəfi bir sıra KİV-də Rusiyaya qarşı sanksiyalar mövzusu ilə bağlı təxribat xarakterli materialların olmasını müşahidə edir və hədələyici tonu qəbul etmir:

“ABŞ nəhəng bir məktub yazır və altında qeyd olunur: “Bu qaydalara əməl edin”. Bu təhdiddir. Yazırlar ki, bu gün sizə heç nə olmayacaq, amma gələcəkdə nə olacağını heç vaxt bilmirsiniz. ABŞ Rusiyaya deyir ki,  sistemlərimizdən, proqramlarımızdan, məhsullarımızdan istifadə etsəniz, mənimlə ticarət etsəniz, sizi tutacağıq”.

Xəbər xətti