Nərgiz Məhəmmədinin Nobeli övladlarına veriləcək

DÜNYA bölməsi

14:00 - 28 Noyabr 2023

 Nərgiz Məhəmmədinin Nobeli övladlarına veriləcək

Nobel Sülh Mükafatına layiq görülən zəncanlı hüquq müdafiəçisi, siyasi məhbus Nərgiz Məhəmmədinin mükafatı onun övladlarına təqdim ediləcək.

Yenipress.az xəbər verir ki, bu barədə Nobel Fondu məlumat yayıb.

Bildirilib ki, dekabr ayında Norveçin paytaxtı Osloda keçiriləcək mərasimdə Nərgiz Məhəmmədi həbsdə olduğuna görə mükafat onun övladlarına veriləcək.

Mükafatın təqdim edilməsindən sonra Nərgiz Məhəmmədinin əkiz övladları - 17 yaşlı qızı və oğlu anaları adından çıxış edəcəklər.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Xəbər xətti