Azərbaycanlı müğənni ağır qəzaya düşdü

MAQAZİN bölməsi

11:54 - 2 Mart 2022

 Azərbaycanlı müğənni ağır qəzaya düşdü

Müğənni Ülviyyə Namazova Rusiyada avtomobil qəzasına düşüb.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə sənətçi Rostov şəhərindən Moskvaya gedərkən baş verib. Bu haqda Ülviyyə özü məlumat verib. İfaçı hazırda vəziyyətinin orta qiymətləndirildiyini bildirib:

"Həyatda qəzalar qaçılmazdır. Rostovdan Moskvaya gedəndə başımıza iş gəldi. Ağır qəzaya düşdük. Qarşıda dəmir sədd olmasa idi, vəziyyət daha ağır olardı. Dünən Bərdəyə gəldik".

Xəbər xətti