Şagirdi döyən Təhsil İdarəsinin müdiri işdən çıxdı

TOPLUM bölməsi

10:44 - 28 Noyabr 2023

 Şagirdi döyən Təhsil İdarəsinin müdiri işdən çıxdı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.

Yenipress.az xəbər verir ki, o, bu gün vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb.

Təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Xəbər xətti