Makron Əliyevə zəng etdi: Ukrayna müzakirəsi...

SİYASƏT bölməsi

11:44 - 2 Mart 2022

 Makron Əliyevə zəng etdi: Ukrayna müzakirəsi...

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenipress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər xətti