Azərbaycanda hərbçi bacısının başını kəsdi - İnstaqrama girdiyi üçün

KRİMİNAL bölməsi

10:09 - 27 Noyabr 2023

 Azərbaycanda hərbçi bacısının başını kəsdi - İnstaqrama girdiyi üçün

Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan Yenipress.az-a verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

APA-nın məlumatına görə, Ə.Allahverdizadə P.Allahverdizadənin qardaşıdır. O, bacısını İnstaqramdan istifadə etdiyi üçün boğazını kəsərək qətlə yetirib.

Əli Allahverdizadənin hərbçi olduğu bildirilir.

Xəbər xətti