Rəşad Dağlı qətl törətdiyi yerdə: İsgəndəri necə öldürdüyünü danışdı - Video

KRİMİNAL bölməsi

11:16 - 23 Noyabr 2023

 Rəşad Dağlı qətl törətdiyi yerdə: İsgəndəri necə öldürdüyünü danışdı - Video

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri əldə etmişik.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər 1 il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.

Sözügedən videonu təqdim edirik:

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti