Qələbədən sonra ABŞ Azərbaycanı təbrik etmədi - Deputat

SİYASƏT bölməsi

12:50 - 21 Noyabr 2023

 Qələbədən sonra ABŞ Azərbaycanı təbrik etmədi - Deputat

Son 30 ildə biz ABŞ-dan ədalət görmədik. Amma Azərbaycan özü ərazi bütövlüyünü təmin etdi.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

O qeyd edib ki, Azərbaycanın tarixi qələbəsindən sonra biz gözləyirdik ABŞ Azərbaycanı təbrik etsin:

"Amma bu baş vermədi. Görünür ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmir. Vaxtilə Azərbaycanlılar öz ev-eşiklərindən qovulanda onlar niyə səslərini çıxarmırdılar? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal ediləndən sonra torpaqlarımızda tarixi-mədəni abidələrin məhvinə də ABŞ reaksiya verməyib”.

Musa Qasımlı hesab edir ki, qazandığımız qələbə tək Ermənistan və dünya erməniliyi üzərində deyil. Ona görə də, biz daha güclü olmalıyıq.

Xəbər xətti


Digər xəbərlər