SEPAH-a bağlı qüvvələrə hava zərbələri endirildi

DÜNYA bölməsi

15:50 - 17 Noyabr 2023

 SEPAH-a bağlı qüvvələrə hava zərbələri endirildi

Suriyanın paytaxtı Dəməşq yaxınlığında SEPAH və Hizbullaha bağlı silahlı qruplaşmaların bazalarına raket zərbələri endirilib.

Yenipress.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" xəbər agentliyi məlumat yayıb.

Raket zərbələrinin İsrail-Suriya sərhədində yerləşən Qolan yüksəkliklərindən endirildiyi, hücum nəticəsində silahlı qruplaşmaların silah-sursat anbarlarının dağıdıldığı bildirilib.

Suriya mənbələri dağıntıların olduğunu təsdiqləyib, ancaq insan tələfatı barədə açıqlama verilməyib.

Xəbər xətti


Digər xəbərlər