İrəvandan rus dili açıqlaması: 63 məktəbdə...

DÜNYA bölməsi

13:00 - 17 Noyabr 2023

 İrəvandan rus dili açıqlaması: 63 məktəbdə...

Ermənistanda məktəb və universitetlərdə rus dilində təhsil qalır, ölkə əhalisinin əksəriyyəti bunu bilir.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker müavini Ruben Rubinyan MDB Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında deyib.

“Ermənistan ərazisində dərsləri rus dilində olan məktəblərin sayı 45-dir. 63 məktəbdə rus dilinin dərindən tədrisi həyata keçirilir. Bu fənn ali məktəblərin ilk kurslarında da tələb olunur. Ermənistanda rus dili populyardır, əhalinin əksəriyyəti bu dildə danışır. Rus dili müxtəlif mədəniyyətlərin, xalqların və millətlərin nümayəndələrini birləşdirir”, - Rubinyan bildirib.

Qeyd edək ki, Rusiya Federasiyası Şurasının vitse-spikeri Yuri Vorobyov Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rus dilində dərsliklərin paylanmasını dayandırdığını demişdi.

Xəbər xətti