Planetlər niyə dairəvidir? – Alimlər açıqladı

DÜNYA bölməsi

10:31 - 17 Noyabr 2023

 Planetlər niyə dairəvidir? – Alimlər açıqladı

Kosmosdakı əksər obyektlər harada olmasından asılı olmayaraq, öz sferasında dəyirmi formada görsənirlər. Alimlər bu proseslərin necə baş verdiyini və hansı səbəblərdən kosmik obyektlərin yumru forma almasının izahını veriblər.

Yenipress.az xəbər verir ki, Avropa  Kosmik Agentliyinin elmi mənbələr mərkəzinin rəhbəri, astronom Bruno Merin kosmik obyektlərin qravitasiya nəticəsində bu formaya düşdüyünü deyib.

“Bütün kosmik obyektlər materiyanı adlaya-adlaya bir-birinə yaxınlaşmağa cəhd edir. Bu proses o zamana qədər davam edir ki, obyekt mərkəzdə öz balansını saxlamaq üçün forma tapır. Bu sferada isə yeganə təhlükəsiz forma cismlərin cazibə əhatəsində yumru formaya düşməsidir”, - Merin bildirib.

Onun sözlərinə görə, Günəş sistemindəki 300-ə yaxın məlum peykdən yalnız 20-si klassik dairəvi formaya malikdir.

Xəbər xətti


Digər xəbərlər