Şərqi Azərbaycanın tarixi abidəsi özəl sektora verildi

DÜNYA bölməsi

16:57 - 16 Noyabr 2023

 Şərqi Azərbaycanın tarixi abidəsi özəl sektora verildi

Şərqi Azərbaycan əyalətinin Əhər bölgəsində yerləşən tarixi Göycəbel karvansarayı xüsusi sektorun istifadəsinə verilib.

Yenipress.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, abidənin xüsusi sektorun istifadəsinə verilməsi Əl İşləri və Tarixi Binaların Bərpası Fondu ilə bağlanan anlaşma Memorandumu əsasında reallaşıb.

Bu addım İran Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Nazirliyi Azərbaycan abidələrinin bərpası, qorunması və saxlanılması üçün vəsait ayırmadığına görə atılıb.

Nazirliyin Şərqi Azərbaycan əyalətindəki bölməsi Göycəbel karvansarayının otel və restoran kimi istifadəsindən əldə edilən gəlirin abidənin qorunub saxlanılması üçün istifadə ediləcəyini deyib.

Qeyd edək ki, Səfəvilər dövrünə aid olan Göycəbel karvansarayı UNESKO tərəfindən dünya mədəni irsi siyahısında qeydə alınıb.

Xəbər xətti