Ermənistan Hindistandan bu qədər antidron sistemi alacaq – Nersisyan

DÜNYA bölməsi

14:01 - 16 Noyabr 2023

 Ermənistan Hindistandan bu qədər antidron sistemi alacaq – Nersisyan

Ermənistanın Hindistandan alacağı Zen anti-dron sistemi (Zen Anti-Drone System) mobil sistemdir, avtomobilə quraşdırılır və xüsusi olaraq dronlara qarşı işləyir. Bu sistemdən daha çoxuna ehtiyacınız var və onlar cəbhə boyunca olduqca sıx şəkildə paylanmalıdır. Sistemin döyüş şəraitində istifadəsi ilə bağlı məlum təcrübə olmadığı üçün onun real effektivliyini qiymətləndirmək çətindir. Ancaq təqdim olunan xüsusiyyətlərə inansaq, sistem yaxşıdır.

Yenipress.az xəbər verir ki, bunu erməni hərbi ekspert Leonid Nersisyan deyib.

“Sözügedən kompleks bir neçə elementdən: optik-elektron hədəf tutma stansiyası, hədəf tutma radarı və elektron müharibə sistemindən ibarətdir. Bu silahın rus analoqu Ermənistanın əvvəllər aldığı “Repellent” sistemidir. Ancaq rus texnologiyasında tez-tez rastlaşdığımız kimi, “Repellent” çox həcmli və  böyükdür. 44 günlük müharibə zamanı onun istifadəsinin effektivliyi kifayət qədər aşağı idi. Amma dronların GPS kanallarını bağlayan “Pole 21” sistemi (Bu sistem Qarabağda 44 günlük müharibə və antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib - red.)bir az daha səmərəli istifadə olundu.  Bu tip silahlarda Rusiya ən güclü oyunçu sayılmaz. Məncə, çoxlu Hindistan antidronları alınacaq. Açıq mənbələrdə qiymət barədə məlumat yoxdur, amma güman edirəm ki, göstərilən məbləğə 20-40 sistem almaq olar. Alınmış fransız radarları Hindistan sistemi ilə vahid komanda postu sisteminə birləşdirilə bilər. Sovet radarları da bu sistemə inteqrasiya oluna bilər. Bunlar həll edilə bilən problemlərdir”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Hindistanla PUA əleyhinə Zen anti-dron sisteminin alınması üçün 41,5 milyon dollarlıq müqavilə imzaladığı barədə məlumat yayılmışdı.

Xəbər xətti