Türkiyə İsveçin NATO-ya üzvlüyünü tezliklə ratifikasiya edə bilər

DÜNYA bölməsi

17:05 - 15 Noyabr 2023

 Türkiyə İsveçin NATO-ya üzvlüyünü tezliklə ratifikasiya edə bilər

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası prosesi hər hansı insident baş verməzsə, ilin sonuna qədər tamamlana bilər.

Yenipress.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Böyük Millət Məclisindəki mənbəyə istinadən məlumat yayıb.

“Cümə axşamı parlamentin xarici əlaqələr komissiyası İsveçin müraciətini araşdırmağa başlayacaq. Hazırda müsbət fon mövcuddur. Biz Stokholmdan konstruktiv yanaşma görürük. Vəziyyətə təsir edə biləcək insidentlər olmasa, ümid var ki, proses ilin sonuna qədər başa çatdırılsın”, - mənbə bildirib.

Xəbər xətti


Digər xəbərlər