Təbrizli sosial media fəalı həbs edildi

DÜNYA bölməsi

16:51 - 15 Noyabr 2023

 Təbrizli sosial media fəalı həbs edildi

Təbrizli sosial media fəalı Hüseyn Mənuçöhri təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Yenipress.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, o, 10 gün əvvəl yoxa çıxıb, telefonuna zəng çatmayıb, bütün sosial media kanalları bağlanıb.

Hüseyn Mənuçöhri 10 gündən sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq həbsdə olduğunu bildirib.

Qeyd edək ki, sosial media fəalı son vaxtlar ölkədəki hadisələr və ictimai-siyasi məsələlərlə bağlı tənqidi fikirlərini paylaşırdı.

cavidan

Xəbər xətti


Digər xəbərlər