Seyran Ohanyan Qarabağdan danışdı: bitməyib...

SİYASƏT bölməsi

16:02 - 15 Noyabr 2023

 Seyran Ohanyan Qarabağdan danışdı: bitməyib...

Qarabağ münaqişəsi bitməyib, bu səhifə bağlanmayıb.

Yenipress.az Musavat.com-a sitinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan danışıb.

Ohanyana görə, “başa çatmamış Qarabağ münaqişəsi kontekstində” qondarma qurumun subyektivliyini qorumaq üçün ciddi tədbirlər görmək lazımdır.

“Ermənistan və “Qarabağ hakimiyyəti” bu istiqamətdə əsas addımları atmalıdır. Əgər münaqişə həll olunmayıbsa və Qarabağ öz ərazisində olmasa da, subyekt kimi mövcuddursa, bu o deməkdir ki, beynəlxalq və ya digər məqbul məkanlarda danışıqları davam etdirməkdən başqa alternativ yoxdur. Bu istiqamətdə proseslərdə müəyyən ləngimə, geriləmə var. Amma Ermənistan hakimiyyəti üçün Qarabağ səhifəsi bağlıdır, onlar yalnız humanitar və sosial məsələlərlə məşğul olurlar”, - deyə Seyran Ohanyan bildirib.

Ermənistan müxalifətinə gəlincə, deputatın sözlərinə görə, onlar müxtəlif qüvvələrlə görüşlər keçirib, çoxsaylı təkliflərlə çıxış ediblər.

“Onların ətrafında iş gedir. Prosesləri sürətləndirmək, Qarabağ ətrafında strategiya hazırlamaq lazımdır. Gecikmə “Dağlıq Qarabağ” (qondarma qurumu nəzərdə tutur - red.) üçün, bizim üçün dağıdıcı ola bilər”, - deyə Seyran Ohanyan söyləyib.

Xəbər xətti